z

Bayramımız mübarək olsun!

Bayramımız mübarək olsun!

26 IYUN / 2017 / 00:00

İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran mübarək Ramazan ayı artıq başa çatdı, xalqımız bayram sevincini yaşayır.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Allahdan tutulan oruclarınızın qəbul olunmasını arzu edirik. Qoy bu bayram günlərində bütün xeyirxah dua və diləklərimiz həyata keçsin, Ramazan bayramı xalqımıza sağlamlıq, dinclik, bolluq və bərəkət, ölkəmizə firavanlıq gətirsin.