z

Bakı metropolitenində qanvermə aksiyasında 319 nəfər donor olub 

Bakı metropolitenində qanvermə aksiyasında 319 nəfər donor olub 

16 FEVRAL / 2024 / 15:20

“Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə fevralın 15-16-da ənənəvi qanvermə aksiyası keçirilib. Aksiyanın məqsədi qan donorluğuna ehtiyacı olan insanlara yardım etməkdir.
Aksiya Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqlarının tam nəzarəti altında keçirilib. Peşəkar tibb briqadasının mütəxəssisləri hər bir donoru müayinə edib, könüllülərdən qan nümunələri götürülüb və yekun rəy verilib. İkigünlük aksiya müddətində tibbi yoxlamalardan sonra 319 donordan qan götürülüb.
Mərkəzi Qan Bankının nümayəndələri qan donorluğunun əhəmiyyəti ilə bağlı metropolitençilərə məlumat verərək, qanvermənin insanın öz sağlamlığı baxımından nə qədər faydalı olmasından da söz açıblar.
Aksiyaya qoşulmuş bütün həmkarlarımıza təşəkkür edirik.