z
28 FEVRAL / 2024 / 17:21
“Bakı Metropoliliteni” QSC-nin 10 illik yubileyi ilə əlaqədar fevralın 27-də “Nərimanov” elektrik deposunda, fevralın 28-də isə Təlim-tədris mərkəzində tədbir keçirilib. Tədbirdə ötən 10 il ərzində müxtəlif innovativ layihələrin icrasında xüsusi fərqlənən metropolitençilər Təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Mükafatçılar sırasında ömrünün çoxunu metropolitenə həsr etmiş veteranlar da olub.
İştirakçılara mükafatları “Bakı Metropoliteni” QSC-nin aparat rəhbəri Tərlan Dadaşov, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, istismar üzrə baş mühəndis Azad Mustafayev, Maliyyə departamentinin rəisi Fərhad İbrahimov və Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Bəhruz Əhmədov təqdim edib hər biri ilə xatirə şəkilləri çəkdiriblər.