z

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

20 MART / 2024 / 10:00

Elimizə, obamıza birlik, bərabərlik, qardaşlıq, bolluq və bərəkətin rəmzi olan bahar təravətli Novruz bayramı gəlir!
Xalqımızın əsrlər boyu qeyd etdiyi, təbiətin oyanışını müjdələyən, ümid dolu başlanğıcların carçısı olan Novruz dünyanın qədim bayramlarındandır.
Hər bir ailəyə ruh yüksəkliyi və əmək coşqunluğu bəxş edən, torpağa məhəbbət aşılayan əziz bayramı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin davamı olaraq, bu il ilk dəfə suveren və Konstitusiya quruluşu tam bərpa olunmuş dövlətdə  qeyd   edirik.
Qoy bu təravətli bayram süfrənizə ruzi-bərəkət, qəlbinizə xoş hisslər bəxş etsin. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gerçək olsun!

Novruz bayramınız mübarək!