z

Qurban bayramınız mübarək!

Qurban bayramınız mübarək!

01 SENTYABR / 2017 / 00:00

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman aləmində olduğu kimi, ölkəmizdə də təmtəraqla qeyd olunur. İnsanları halallığa və paklığa səsləyən Qurban bayramı münasibəti ilə xalqımızı “Bakı Metropoliteni”QSC-nin zəhmətkeş kollektivi adından səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların və edilən duaların Allahdan qəbul olunmasını diləyirik.
Qurban bayramı saflıq, təmizlik rəmzi sayılır. Qoy bu əziz bayram müstəqil dövlətimizin azad vətəndaşlarına sağlamlıq, dinclik, bolluq və bərəkət gətirsin.

  • Bayramınız mübarək!