z

Milli musiqi günü qeyd olunacaq

Milli musiqi günü qeyd olunacaq

14 SENTYABR / 2017 / 00:00

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir.
Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30; 
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.