z

Müqəddəs Ramazan bayramınız mübarək

Müqəddəs Ramazan bayramınız mübarək

09 APREL / 2024 / 15:38

On bir ayın sultanı, müqəddəs Qurani-Kərimin nazil edildiyi, ruzi-bərəkət, iman, sevgi və rəhmətlə dolu Ramazan ayında tutduğunuz orucu, etdiyiniz duaları Allah qəbul etsin!
Hər bir müsəlmana əziz olan, mənəvi zənginlik, şəfqət, ruzi-bərəkət, ülfət ayı sayılan Ramazan əsrlər boyunca bəşər övladına iman, mərhəmət, ülvi keyfiyyətləri, Allahın yaratdığı varlıqların alisi olan insana həyatda əməli-saleh olmağı, digərlərinə münasibətdə xeyirxah, səbirli və mütəvazi olmağı aşılayır. Bəşəri əhəmiyyətə malik bu bayram qəlblərə sonsuz iman sevgisi bəxş edir.  
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, etdiyiniz ibadətin Allah dərgahında  qəbul olunmasını diləyir.
Qoy bu müqəddəs Ramazan bayramı hər birimizin həyatına  mənəvi saflıq, möhkəm iman, bol ruzi-bərəkət, dövlətimizə, xalqımıza  əmin-amanlıq, xoşbəxtlik, rifahla dolu günlər gətirsin.
Bayramınız mübarək!