z

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı artıb

“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı artıb

06 MAY / 2024 / 08:20

Bakı metropolitenində “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub. 3 nəfər verdiyi sifarişdən daha sonra imtina edib. 2023-cü ilin eyni ayında bu layihə üzrə 60 nəfər daşınıb. İki ilin aprel aylarının müqayisəli təhlilinə əsasən, bu xidmətdən istifadə edənlərin sayı 50 faiz artıb.
Qeyd edək ki, “Əlçatan metro” layihəsi metropolitendən istifadə imkanları bu və digər səbəblərdən məhdud olan sərnişinlərin daşınması xidmətidir. 2019-cu ildən sərnişinlərin ixtiyarına verilən bu xidmətdən əlil arabası və uşaqa arabacıqları ilə hərəkət edənlər, əsa və qoltuqaltı ağacdan istifadə edənlər, yaşlılar istifadə edir.