z

Metropolitenin ən ağır sahələrindən biri ölkənin ən nümunəviləri sırasındadır

Metropolitenin ən ağır sahələrindən biri ölkənin ən nümunəviləri sırasındadır

10 MAY / 2024 / 14:46

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mövzusu üzrə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
2009-cu ildən keçirilən müsabiqənin əsas hədəfi işçilərə əmək şəraiti yaratmaq, məsul şəxslərin məsuliyyətini artırmaq və işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha həssas yanaşmalarına nail olmaqdır.
Mərasimdə Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Bəhruz Əhmədov və İttifaqın komitə rəhbərləri və fəalları iştirak ediblər.
Müsabiqənin ölkə üzrə 67 qalibi sırasında Bakı metropoliteninin Elektromexanika xidməti də yer alıb. İl ərzində çoxşaxəli və mürəkkəb sahənin nümunəvi fəaliyyəti, yenilikləri ilə seçilən kollektiv əməyin təşkili və işçi heyətinin sağlamlığı, təhlükəsizlik texnikası tələblərinə riayət edilməsi ilə də seçilib.
Qaliblərə mükafatlar təqdim edildikdən sonra MİHİ-də qaliblərlə görüş keçirilib.