z

Metropolitençilər Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Metropolitençilər Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

10 MAY / 2024 / 17:33

Mayın 10-u, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması və inkiafının memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-cü ildönümü günündə “Bakı Metropoliteni” QSC kollektivinin üzvləri və rəhbərliyi Fəxri xiyabanı ziyarət edərək, Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna dualar oxuyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, yarandığı gündən Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı sahəsinin aparıcı qüvvələrindən birinə çevrilmiş Bakı metropoliteninin böyüməsi, inkişaf etməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olub. Onun birbaşa göstərişləri, yaxından dəstəyi ilə metro xətlərinin uzunluğu 2003-cü ildə 31.5 km-ə çatdırılıb. 
Ulu öndər müstəqillik illərində də əsas təchizatı ölkə xaricindən olan metropolitenin nəinki infrastruktur və təsərrüfatını qorunması, hətta inkişaf yoluna qədəm qoymasının da müəllifidir.