z
08 MAY / 2024 / 16:10
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub. Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC rəsmilərinin iştirak etdiyi tədbirdə “Bakı Metropoliteni” QSC-ni Hərəkət qatarlarının istismarı üzrə iş departamentinin rəisi Elmar Əzimov təmsil edib.
Metropoliten haqqında geniş və müfəssəl məlumatla çıxış edən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu E.Əzimov tələbələrə karyera yüksəlişində keçdiyi yoldan danışıb, gənclərə peşəkar kadr kimi formalaşmağın vacibliyini, müsbət tərəflərini vurğulayıb.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən mütəxəssis təhsil ocağının “Bakı Metropoliteni” QSC ilə sıx əməkdaşlığına diqqət çəkərək qeyd edib ki, məhz buradan metropolitenə üz tutan kadrların böyük əksəriyyəti müəssisədə karyera quraraq əmək fəaliyyətini davam etdirir.
Gənclərlə fikir mübadiləsi aparan departament rəisi sonda tələbələri maraqlandıran suallara cavab verib.
Bununla yanaşı, E.Əzimov tədris ocağının rəhbərliyi ilə fikir mübadiləsi də aparıb. O, son illərdə Bakı metropolitenində tətbiq edilən yeniliklər, innovasiyaların əhəmiyyətini qeyd edərək, bu xüsusda tədris müəssisəsinin gənc nəsil üçün təşkil edilən tədris prosesində bunların da nəzərə alınmasının intensivləşdirilməsinin vacibliyini vurğulayıb.