z
31 MAY / 2024 / 17:27
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə münasibətilə sosial media fəallarının müraciəti əsasında onların, eləcə də jurnalistlərin övladları üçün metropolitenin Təlim-tədris mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada 30-a yaxın uşaq iştirak edib.
Əvvəlcə Mərkəzin mütəxəssisləri uşaqlar üçün xüsusi təlim proqramı çərçivəsində maraqlı məlumatlar verib, uşaqların görüşü daha da maraqla keçirməsi üçün sual-cavab əsasında fikir mübadiləsi aparıblar.
Mərkəzdə metro qatarını xatırladan 8 vaqon-guşə, tədris prosesində istifadə edilən, özündə hər sahənin özəlliklərini əks etdirən 18 maket və 100-dən artıq əyani-praktiki vəsaitlər iştirakçıların marağına səbəb olub.
Uşaqlar hər sahəyə aid xüsusi avadanlıqlarla təchiz edilmiş kabinetlər, elektron imtahan otaqları, eləcə də metronun ən əhəmiyyətli yeniliklərindən biri olan qatar trenajoru ilə tanış olublar.
Onlara maşinistlərin yeni seçim qaydası izah edilərək, bu şərəfli peşəyə texniki təhsili olan gənclərin sahib olmasının mümkünlüyü də əyani izah edilib.
Ekskursiya zamanı uşaqları və onların valideynlərini maraqlandıran bütün suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.