z

Qeyri-iş günlərində metropolitenin iş rejimi dəyişdiriləcək

Qeyri-iş günlərində metropolitenin iş rejimi dəyişdiriləcək

12 IYUN / 2024 / 14:05

15 iyun - Milli Qurtuluş Günü, eləcə də 16-17 iyun - Qurban bayramı ilə əlaqədar ölkəmizdə elan edilmiş 5 qeyri-iş günü ərzində Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 15, 16, 17 və 19 iyun tarixlərində saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə, iyunun 18-də isə həmin sahədə 3 dəqiqəyə bərabər intervalla tənzimlənəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Qeyri-iş günlərində bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkilini, eləcə də milli adət-ənənəmizə uyğun bayramlaşma, gəzinti və asudə vaxtdan səmərəli istifadə ediləcəyini nəzərə alaraq, metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsinin mümkünlüyü nəzərə alınaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq. Bununla yanaşı, stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.
Zəruri hallarda xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.
Qeyri-iş günlərində “Bakmil” stansiyasına qatarların hərəkət cədvəlləri də dəyişdirilərək, 15, 16, 17 və 19 iyun tarixlərində şənbə günü cədvəlinə uyğun tənzimlənəcək.