z

Müqəddəs Qurban bayramınız mübarək

Müqəddəs Qurban bayramınız mübarək

14 IYUN / 2024 / 15:16

Qurban bayramı müsəlman dünyasının ən ülvi və müqəddəs bayramlarından biridir. Bu bayram İslam dininin təbliğ etdiyi ali keyfiyyətlər olan mərhəmət və halallığın, birlik və bərabərliyin, həmrəylik və qardaşlığın rəmzidir, insanları  xeyirxah əməllərə, paklığa, saflığa səsləyir.
  Azərbaycan Respublikasının  Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyi və güclü ordumuzun əzmi ilə işğal altındakı torpaqlarımız  düşmən əsarətindən azad olundu. Artıq azad, suveren və konstitusiya quruluşu tam bərpa olunmuş ölkənin vətəndaşlarıyıq. Bu illərlə etdiyimiz duaların və kəsilən qurbanların qəbul olunduğunun göstəricisidir.
“Bakı Metropoliteni” QSC-nin kollektivi müqəddəs Qurban bayramı münasibəti ilə xalqımızı, soydaşlarımızı və bütün İslam dünyasını səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların və duaların Allahın uca dərgahında qəbul olunmasını diləyir.
Qoy bu əziz bayramın nuru ocaqlarımıza sevinc və ruzi, süfrələrimizə bolluq və bərəkət gətirsin, gələcəyə ümid və inamımızı gücləndirsin, birlik və bərabərliyimizi daha da möhkəmləndirsin.
Bayramınız mübarək!