z
03 IYUL / 2024 / 11:38
2024-cü ilin iyun ayında Bakı metropoliteninin “Əlçatan metro” layihəsindən 82 sağlamlıq imkanları məhdud sərnişin istifadə edib. Bu ötən ilin iyunundan 12.3 % çox sərnişin (9 sərnişin) deməkdir. Ümumən 2024-cü ilin birinci yarım ili üzrə metropolitendə 594 nəfər bu xidmətə müraciət edib. Onlarda 9-u daha sonra sifarişindən imtina edib və 585 sərnişin daşınıb. Bu isə 2023-cü ilin ilk yarısına nəzərən (422 sərnişin) 38.6 % daha çox sərnişin deməkdir.
Qeyd edək ki, 2019-cu ilin mart ayının sonlarında istifadəyə verilmiş bu xidmətdən əlil və uşaq arabaları, qoltuqaltı ağac və əsa ilə hərəkət edənlər, yaşlı və ahıllar, bir sözlə, metropolitendən istifadə imkanları bu və digər qaydada məhdud sərnişinlər müraciət edirlər. Sifariş ən azı 1 saat əvvəlcədən olmaqla, mobil əlavə, (+994 50) 268 00 65 mobil rabitə xidmətinə zəng və ya ismarıc vasitəsilə edilir.