z

“İnşaatçılar” stansiyasında “Yaşıl dünya” sütunları

“İnşaatçılar” stansiyasında “Yaşıl dünya” sütunları

22 IYUL / 2024 / 13:15

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, habelə BMT-nin ilqim dəyişikliyi üzrə dünyanın ən kütləvi və irimiqyaslı tədbiri olan COP29-un bu ilin noyabrında Bakıda keçirilməsi ilə əlaqdar ölkəmizdə ekologiya mövzusunda geniş tədbirlər planı həyata keçirilir. Bu xüsusda Bakı metropolitenində hazırlanmış tədbirlər planına uyğun olaraq müxtəlif layihələr icra olunur.
Tədbirlər planı çərçivəsində, Bakı metropoliteninin tikintisində fədakarlıq göstərmiş inşaatçıların əməyinə hörmət əlaməti olaraq 1985-ci ildə istifadəyə verilərkən, “İnşaatçılar” adlandırılmış stansiyasının platforma sütunlarında ekologiya və sağlam həyat mövzusunda xüsusi hazırlanmış tərtibatlar yerləşdirilib. Tərtibatlarda maarifləndirmə və sərnişinlərin məlumatlandırılması məqsədilə suya qənaət edilməsi və faydaları, ağacların istehsal etdiyi oksigen miqdarı və ətraf mühit, plastik tullantıların ziyanları və sanitariya tələbləri mövzularında faktlar, rəqəmlər, informasiya və ibarələr nümunə gətirilib.
Qeyd edilməlidir ki, ilin mövzusuna uyğun olaraq sütunların brend tərtibatı dövrü olaraq yenilənir.
Bununla yanaşı “İnşaatçılar” və digər stansiyalarda “Məhv etmə, qoru!” başlığı altında, ən aktual ekoloji məsələləri, eləcə də ətraf mühitə təsir edən davranış və düzgün tərbiyə qaydalarını özündə əks etdirən məlumat lövhələri yerləşdirilir, sosial reklam və çarxlar yayımlanır.