z

İyul ayının sərnişindaşıması

İyul ayının sərnişindaşıması

09 AVQUST / 2024 / 14:23

2024-cü ilin iyul ayı ərzində Bakı metropoliteni 16 milyon 908 min 149, o cümlədən 534 min 946 güzəştli sərnişin daşıyıb. Orta statistik hesabla gün ərzində metropolitendən 545 min 424 sərnişin istifadə edib. Ən çox sərnişin iyulun 1-də (674 min 66), ən az isə ayın 28-də (348 min 658) metropolitenə daxil olub.
Ən çox sərnişin daşıyan stansiya “Koroğlu”dur. 2024-cü ilin iyul ayı üzrə bütün sərnişinlərin 9.4 %-i məhz bu stansiyadan metropolitenə daxil olub. Ötən ay “20 Yanvar” stansiyası “28 May” stansiyasından daha çox sərnişin daşıyıb və ikinci yerdədir – 7.9 %. “28 May”, sərnişin sayına görə, ayın üçüncü stansiyası olub – 7.5 %.
Ümumiyyətlə, iyul ayı ərzində bütün metro sərnişinlərinin 44 %-i cəmi 6 stansiyadan istifadə edib. Qeyd edilən 3 stansiyanın ardınca sərnişindaşıma sayına görə “Nərimanov” (7 %), “Gənclik” (6.3 %) və “Neftçilər” (5.9 %) gəlir.

İnfoqrafikaya keçid: