z
04 NOYABR / 2024 / 08:39
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə xeyriyyə məqsədli “Qələbə qaçışı” keçirilib. “Qürurla irəli” devizi altında təşkil edilmiş marafon Dənizkənarı Milli Parkda başlanaraq 10 km məsafəni əhatə edib.
Qaçışda Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı və maliyyə dəstəyi ilə “Bakı Metropoliteni” QSC-nin 10 əməkdaşdan ibarət komandası da iştirak edib.
Sadiq Həsənli (yol montyoru) 118-ci, Turan Mirzəyev (təmir sahəsinin akkumulyatorçusu) 179-cu, Samir Quliyev (rabitə sahəsinin elektrik montyoru) 209-cu, İsmayıl Babayev (eskalator ustası) 224-cü, Yunus Abdullayev (rəngsaz) 251-ci, Elməddin Xəkiyev (yol montyoru) 257-ci, Əli Mustafazadə (vaqon təmiri ustası) 268-ci, İntizam Bayramov (qazanxana maşinisti) 396-cı, Fərhad Məmmədov (mühəndis texniki qurğular dispetçeri) 453-cü, Faiq Əhmədov (Depolar üzrə iş departamentinin rəisi) 458-ci yeri tutublar.
Qaçışdan dərhal sonra normativlərə uyğun yerləri tutmuş bütün komanda üzvlərinə yarışın medalları təqdim edilib.
Metropoliten komandasının bütün üzvlərini təbrik edirik.