z

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək

Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək

02 FEVRAL / 2018 / 00:00

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.
Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.