z

211 şəhid ailə üzvü və Qarabağ müharibəsi veteranlarına yardım və mükafat verilib

211 şəhid ailə üzvü və Qarabağ müharibəsi veteranlarına yardım və mükafat verilib

07 NOYABR / 2024 / 14:46

Bakı metropolitenində çalışan şəhid ailə üzvləri və Qarabağ müharibəsi veteranlarına yardım məqsədilə 2022-ci ilin may ayında yaradılmış Mərkəzin növbəti iclasında daxil olmuş 51 ərizənin hər biri müsbət cavablandırılıb. Müraciətlərin kateqoriyasına uyğun olaraq, 51 nəfərə ümumilikdə 19 min 500 manat yardım ayrılması təsdiqlənib.
8 Noyabr - Zəfər Günü ərəfəsində keçirilən iclasda Mərkəzin idarə heyəti daha bir xüsusi qərar verib. İki həmsədr də daxil olmaqla 7 nəfərdən ibarət İdarə heyəti qurumun fəaliyyət göstərdiyi 2 il yarım ərzində heç bir imtiyazdan istifadə etməyən 160 əməkdaşın hər birinə 150 manat, ümumilikdə, 24 min manat mükafat ayrılması barədə qərar çıxarıb.
Qeyd edək ki, Mərkəzin əsas maliyyə mənbəyi “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) ayırdığı təyinatlı maliyyə vəsaitidir.
2022-ci ildən indiyədək Mərkəz 86 nəfərə 1, 93 nəfərə 2, 27 nəfərə isə 3 dəfə olmaqla, ümumilikdə 366 üzvünə maddi yardım və mükafat ayırıb.