z
12 DEKABR / 2024 / 11:30
Bu gün – 12 dekabr Ümumilli Lider Heydər Əliyevin anım günüdür. “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivi Bakı metropoliteninin inkişaf tarixində xüsusi xidmətləri olan dahi şəxsiyyətin vəfatının 21-ci ildönümü ilə əlaqədar müəssisənin “Nərimanov” elektrik deposunda qoyulmuş büstünü ziyarət edib.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, həmçinin müəssisənin kollektivi abidənin önünə əklil qoyaraq, unudulmaz liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyevin Bakı metropoliteninin inkişafında danılmaz xidmətləri müəssisənin hər bir əməkdaşı tərəfindən daim hörmət və sevgi ilə anılır.
İstər Sovet dövründəki böyük çətinliklərə rəğmən, istərsə də müstəqilliyin ilk illərində keçmiş SSRİ respublikaları arasında iqtisadi əlaqələrin tənəzzülə uğradığı dövrdə məhz Heydər Əliyevin nüfuzu, zəhməti və yaxından dəstəyi ilə Bakı metropoliteni fəaliyyətini və sərnişinlərinə nümunəvi xidmətini davam etdirib.
2003-cü ilə qədər Bakı metropoliteninin xətlərinin uzunluğu 31,5 km idisə, bunun 21,3 km-i məhz Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə tikilərək sərnişinlərin xidmətinə verilib. Bir çox çatışmazlıqların yarandığı həmin dövrlərdə yeni metro vaqonlarının alınması, dağılmış təsərrüfatın bərpası məhz Heydər Əliyevin sayəsində öz həllini tapıb.
Bakı metropoliteninin kollektivi ənənələrə sadiq qalaraq, Ulu Öndəri daim hörmətlə anaraq xatirəsini əziz tutacaq.