z

Bakı metropolitenində qanvermə aksiyası keçirilib

Bakı metropolitenində qanvermə aksiyası keçirilib

28 DEKABR / 2024 / 15:10

Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi, Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzi və Respublika Qan Bankının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirib.
Mərkəzi Qan Bankı tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçirildikdən sonra onlardan qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.
“Nərimanov” elektrik deposunda təşkil olunmuş aksiyada müəssisənin 199 əməkdaşı könüllü qan donoru olub.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsi üçün istifadə ediləcək.