z

Qələbə bayramınız mübarək

Qələbə bayramınız mübarək

09 MAY / 2018 / 00:00

9 May – İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 73-cü ildönümüdür. Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qələbədə böyük payı olan Azərbaycanın 600 mindən çox vətəndaşı müharibədə iştirak edib.
İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaəti əsl vətənpərvərlik nümunəsidir.
Bu unudulmaz gündə biz də bütün veteranları ürəkdən təbrik edir, onlara cansağlığı diləyir və şücaətlərinə görə təşəkkürümüzü bildiririk.

Qələbə bayramınız mübarək!