z

Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edilib

Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edilib

10 MAY / 2025 / 08:43

Müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə güllər qoyulub.
Bakı metropoliteninin böyüyüb inkişaf etməsi, ictimai nəqliyyatın aparıcı qüvvələrindən birinə çevrilməsi hər zaman Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olub. Onun yaxından dəstəyi, göstərişləri ilə metro xətlərinin uzunluğu 2003-cü ildə 31.5 km-ə çatdırılıb.