z

Azərbaycan Ordusunun yaranmasının 100 illiyidir

Azərbaycan Ordusunun yaranmasının 100 illiyidir

25 IYUN / 2018 / 00:00

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi və Silahlı Qüvvələr Günü münasibəti ilə xalqımızı “Bakı Metropoliteni” QSC kollektivi adından təbrik edirik.
Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrətinin nümunəsi, hər birimizin iftixar yeridir. Sürətlə inkişaf edən ölkəmizin Silahlı Qüvvələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - ərazi bütövlüyümüzü təmin etməyə qadirdir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi, orduda güclü nizam-intizamın bərqərar olması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü daha da yaxınlaşdırır.
Qoy, bu bayram əhval-ruhiyyəsi tezliklə xalqımıza qələbə sevincini nəsib etsin!

BAYRAMIMIZ MÜBARƏK OLSUN!