z

Bakı Metropolitenində təchizatçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib

Bakı Metropolitenində təchizatçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib

06 FEVRAL / 2026 / 14:52

Bakı Metropoliteni vaqonların təmir proseslərində keyfiyyətin yüksəldilməsi və vahid yanaşmanın formalaşdırılması məqsədilə tərəfdaşı olan təchizatçı şirkətlərin nümayəndələri ilə işgüzar görüş keçirib. 

Görüşdə qarşılıqlı əməkdaşlığın daha da təkmilləşdirilməsi, proseslərin səmərəliliyinin artırılması, eləcə də təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Eyni zamanda mövcud əsas çağırışlar müzakirə edilib, tərəflərin qarşılıqlı gözləntiləri dinlənilib, gələcək əməkdaşlıq üçün potensial inkişaf sahələri müəyyənləşdirilərək ilkin fəaliyyət planı formalaşdırılıb.

Qeyd edək ki, Bakı Metropoliteni tərəfdaşları ilə açıq dialoqa, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verir və bu kimi görüşlərin mütəmadi keçirilməsini nəzərdə tutur.