z

Qurban bayramınız mübarək!

Qurban bayramınız mübarək!

21 AVQUST / 2018 / 00:00

İslam dünyasının, Ramazan bayramı kimi, ən böyük bayramlarından biri olan Qurban bayramı bütün müsəlman aləmində, eləcə də ölkəmizdə təmtəraqla qeyd olunur.
Qurban bayramı halallıq, bərabərlik, birlik, qardaşlıq rəmzi kimi bizi xeyirxah əməllərə, paklığa, saflığa səsləyir.
“Bakı Metropoliteni” QSC-nin bütün zəhmətkeş kollektivi adından ən ülvi hisslərin tərənnümçüsü olan Qurban bayramı münasibəti ilə bütün xalqımızı, soydaşlarımızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarınızın və dualarınızın qəbul olunmasını Allahdan təvəqqe edirik.
Qoy bu əziz bayramın nuru süfrələrimizə bolluq və bərəkət gətirsin, sabaha ümid və inamımızı artırsın, birlik və bərabərliyimizi möhkəmlətsin.

Bayramınız mübarək!