z

“BAKI METROPOLİTENİ” QSC MÜHƏNDİS-EKOLOQ VƏZİFƏSİ ÜZRƏ İŞƏ QƏBUL ELAN EDİR

“BAKI METROPOLİTENİ” QSC MÜHƏNDİS-EKOLOQ VƏZİFƏSİ ÜZRƏ İŞƏ QƏBUL ELAN EDİR

16 NOYABR / 2018 / 00:00

“Bakı Metropoliteni” Qapalı Səhmdər Cəmiyyəti Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.

Müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:

TƏLƏBLƏR:

  • Təhsil/ Təcrübə
    • Ali təhsil (tələb olunan sahə üzrə);
    • Yaş: 25-45;
    • 3 ildən yuxarı iş təcrübəsi;
    • Hərbi mükəlləfiyyətli;
    • Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;
    • "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;
    • İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;
    • dürüst və analitik düşünmə bacarığı olmalıdır.

 

  • Vəzifə öhdəlikləri:
    • Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;
    • Təhqiqat və monitorinqlərin aparılması;
    • İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;
    • Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;
    • Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;
    • Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;
    • Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması
    • Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.

 

  • İş rejimi: 09:00-18:00

 

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin Karyera və əməkdaşlıq bölməsinə daxil olub Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.