z

Fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib

Fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib

07 DEKABR / 2018 / 00:00

Bakı metropoliteninin yaranmasının 51-ci ildönümü münasibətilə dövlətin fəxri ad və mükafatlarına, həmçinin müəssisənin ali təltifi – "Fəxri metropolitençi" adına layiq görülmüş işçilərin təltif edilməsi mərasimi keçirilib.

Tədbiri müəssisənin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov açaraq, metropolitençilərin təltiflərə layiq görülməsini dövlətin yüksək qayğı və diqqətinin bariz nümunəsi olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin metropolitençi əməyinə verdiyi yüksək qiymətə görə, "Bakı Metropoliteni" QSC rəhbərliyinin və kollektivinin təşəkkürünü ifadə edərək, metropolitençilərin bu yüksək etimadı öz işləri ilə doğruldacaqlarına əmin olduğunu bildirib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov yüksək ada layiq görülənləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, əməyi, zəhməti ilə bu ada layiq görülmüş metropolitençilər bundan sonra da öz nümunələri ilə həmkarlarına dəstək olacaq, yeni nəsil kadrların hazırlanmasında fəal iştirak edəcəklər.