z
30 DEKABR / 2018 / 00:00
Yenə "Nərimanov" elektrik deposundan nostalji ovqatlı retro vaqonla Bakı metropoliteni sərnişinlərinin görüşünə gələn yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız özünəməxsus tərzdə stansiyalara səyahətini davam etdirib. Hər stansiyada sərnişinlərə təbriklərini çatdıran Şaxta baba azyaşlı uşaqlara növbəti hədiyyə sovqatını paylamağı, onlarla şəkil çəkdirməyi də unutmayıb.
Qeyd edək ki, bu dəfə Şaxta baba və Qar qızın əsas nəqliyyat vasitəsi 1950-51-ci illərin istehsalı olan "Q" tipli vaqon olub. Dövrünün əsas texniki əlamətləri bərpa edilmiş vaqonda şən, nəğməli və sözlü-söhbətli qəhrəmanlarımız qatarla "İçərişəhər" stansiyasına gəliblər. Burada da Şaxta baba və Qar qız sərnişinlərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, macəralar ardınca növbəti stansiyalara yollanıblar.