z
31 DEKABR / 2018 / 00:00
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, uğur dolu xoş anlar və bütün işlərinizdə müvəffəqiyyət arzulayır.
Metropolitençilər yola saldığımız 2018-ci ildə ölkəmizin, eləcə də metropolitenimizin qazandığı uğurlarla qürur duyur və sevinirlər. Hər bir metropolitençi bu nəqliyyat növünün əzəli şüarı olan sərnişinlərə yüksək xidmət mədəniyyətinin göstərilməsi üçün fədakarlıqla çalışır. Bu həmişə belə olub və üzümüzə gələn bütün illərdə də belə olacaq.
Əziz həmvətənlər!
Sizə yeni 2019-cu ildə müvəffəqiyyət, cansağlığı, hər birinizin evində hər zaman sevgi, mehribanlıq və firavanlığın olmasını arzu edirik.
Bayramlarınız mübarək!