z

Metropolitenin 2018-ci ildə son lahiyəsi

Metropolitenin 2018-ci ildə  son lahiyəsi

03 YANVAR / 2019 / 00:00

Köhnə ilin son, yeni ilin ilk günlərində sərnişinlərində bayram əhval-ruhiyyəsi yaratmaq üçün "Bakı Metropoliteni" QSC konsert proqramı təşkil edib. "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" stansiyalarının vestibülündə təşkil olunan konsert ənənəyə görə dekabrın 30-dan yanvarın 2-dək davam edib.
Əsl yeni il ab-havalı konsert proqramında milli muğam üçlüyü və instrumental kvartetin ifasında səslənən canlı musiqi nümunələrinin əksəriyyəti bayrama həsr edilib.
Gündəlik olaraq, metropolitendən istifadə edən sərnişinlər təşkil edilən konsert proqramından məmnun qalaraq, bayram əhval-ruhiyyəsinə köklənib.