z

Bir qrup metropolitençi yeni ili İstanbulda qarşılayıb

Bir qrup metropolitençi yeni ili İstanbulda qarşılayıb

07 YANVAR / 2019 / 00:00

Fasiləsiz iş rejimi ilə çalışan metropolitençilər 2019-cu ilin bayram günlərini xoş ovqatla keçiriblər. Sərnişinlər üçün təşkil edilmiş xüsusi tədbirlər proqramı ilə yanaşı, kollektiv ilin təhvil verildiyi gecə, dekabrın 31-dən yanvarın 1-nə keçən zaman saat 2-yə qədər sərnişinlərin xidmətində olub. Paytaxtın müxtəlif guşələrində, xüsusən də şəhər mərkəzində təşkil edilmiş tədbirlərlə əlaqədar olaraq, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi metropolitenin iş vaxtını 2 saat uzadıb.
Bütün bunlarla yanaşı, metropoliten işçilərinin asudə vaxtlarının səmərəli təşkili də unudulmayıb. Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu dəfə də bir qrup metropolitençi ölkə xaricinə turist səfərinə göndərilib. “Bakı Metropoliteni” QSC və Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 70 nəfər metropolitençi tətil günlərini Türkiyənin İstanbul şəhərində keçiriblər.
Dekabrın 28-də Bakıdan təyyarə ilə yola düşən metropolitençilər İstanbulda qarşılanaraq, əvvəlcədən ayrılmış hotelə yerləşdiriliblər. Metropolitençilər hər addımı tarix olan İstanbulun görməli yerlərinə təşkil edilən ekskursiyalarda iştirak ediblər.
Bundan savayı, hər il olduğu kimi, Bakının müxtəlif məkanlarında dekabrın 30-dan yanvarın 5-nə kimi təşkil edilən bayram şənliklərində MİHİ-nin təşkilatçılığı ilə bütün metropolitençilərin azyaşlı övlad və nəvələri iştirak edib, Şaxta babadan yeni il hədiyyələri alıblar.
MİHİ sosial əhəmiyyətli daha bir ənənəsini pozmayaraq, MİHİ nümayəndələri Yeni il bayramı münasibətilə uşaq evlərinin birində iştirak edib, bayram sevincini onlarla bölüşüb, hədiyyələrini təqdim ediblər.