z

Bayramınız mübarək, əziz xanımlar!

Bayramınız mübarək, əziz xanımlar!

07 MART / 2019 / 00:00

Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş edib.
Analarımız ürəyi ölkəmizə hədsiz sevgiylə dolu, Vətəni ana qədər müqəddəs bilərək, torpaqlarımızın hər qarışını qorumağa hazır olan nəsillər yetişdirib.
Küləklər şəhərimiz Bakıda yerləşən, paralel şəhər adlandırdığımız metropolitendə paytaxt sakinlərinə göstərilən xidmətin əsas yaradıcıları arasında qadınların rolu daim xüsusi olub. Bu əbədi səltənətin yaradılmasında, sərnişinə nümunəvi xidmət mədəniyyətinin formalaşmasında kişilərlə çiyin-çiyinə çalışan metropolitençi qadınların xüsusi rolu var.
Bu gün metropolitendə hərəkətin əsas idarəedici qüvvəsi olan dispetçerlikdən başlamış, ən mürəkkəb, ən məsuliyyətli sahələrdə qadınların rolu ildən-ilə artmaqdadır.
Qadın əməyinin həmişə yüksək qiymətləndirildiyi “Bakı Metropoliteni” QSC-nin kollektivi bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara qadın səadəti arzulayır.

Bayramınız mübarək, əziz qadınlar!