z

Müstəqilliyimiz əbədi olsun!

Müstəqilliyimiz əbədi olsun!

17 NOYABR / 2019 / 18:00

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı ayağa qalxması milli istiqlal yolunda dönüş nöqtəsi oldu. 1991-ci ildə dövlət müstəqilliyi aktının qəbul edilməsi ilə Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu.
Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Xalqın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Hakimiyyətə ilk gəlişi illərində Ümummilli Lider Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, Azərbaycanda sağlam düçüncə və özünüdərk toxumunu səpdi və məhz həmin illərdə daha da dərinləşmiş bu dəyərlər müstəqil Azərbaycanın yeni tarixi mərhələdə dövətçiliyinin möhkəm təməlini qoydu.
Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz daimi olsun!
Bayramınız mübarək!