z
18 NOYABR / 2019 / 16:12
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə hər il metropolitençilər üçün həm ölkədaxili, həm də ölkə xaricinə turlar təşkil edir. Bu il də Metropolitençilərin Peşə Bayramı Günü və 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq paralel şəhərin bir qrup əməkdaşı ailə üzvləri ilə birgə ölkəmizin dilbər guşələrindən və turistik zonası olan Qaxa yollanıblar. Müəssisənin müxtəlif xidmətlərindən olan 50 nəfər işçi bu bayram səfərində iştirak edib. Metropolitençi turistlər Qaxın beşulduzlu otelinə yerləşiblər. Qədim tarixə və mədəniyyətə malik Qax rayonunun hər bir guşəsi turistlərin istirahətini məzmunlu və maraqlı edib. Metropolitençılərin istirahət marşrutu İlisu kəndindən, İlisu Tarixi-Mədəniyyət qoruğundan, Qum kəndindən keçib. V-VI əsrlərə aid Alban məbədini, Şəki xan sarayını ziyarət ediblər.