z
15 YANVAR / 2020 / 15:11
“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.
Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.