z

Qanvermə aksiyası keçirilib

Qanvermə aksiyası keçirilib

14 FEVRAL / 2020 / 12:23

Artıq 5-ci ildir ki, Bakı Metropolitenində könüllü qanvermə aksiyası keçirilir. Bu dəfəki sosial layihə Talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə fevral ayının 11-12-də Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) təşəbbüsü, təşkilatçılığı və metropoliten rəhbərliyinin dəstəyi ilə təşkil olunub.
"Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada hər bir şəxs yüksək həvəslə və könüllü olaraq iştirak edib.
Mərkəzi Qan Bankı tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donor tibbi müayinəsindən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.
Mütəxəssislər aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü donor olan qan verməyin əhəmiyyətindən, məramından danışıb və bu aksiyanın böyük xeyirxahlıq ifadəsi olduğunu bildiriblər. Bu həm də, insanın öz sağlamlığı baxımından əhəmiyyətlidir.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Aksiyada ümumilikdə 323 nəfər qan donoru olub.