z

28 May - Respublika Günüdür

28 May - Respublika Günüdür

28 MAY / 2020 / 09:37

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 102 il ötür. Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş bu tarixdə Şərqdə ilk demokratik dövlət quruluşu yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan etməklə xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
“Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu” deyən Ümummilli lider Heydər Əliyev ən yeni tariximizdə Azərbaycanın dünyanın müstəqil ölkələri xəritəsində layiqli yerini tutmasına nail oldu.
“Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır” deyərək, bu şanlı tarixə ən yüksək qiyməti verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqilliyini möhkəmləndirir və sabaha inamla addımlayır”.
Respublika Günü münasibətilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə firavan gələcək, əmin-amanlıq arzu edir.
Qoy Ulu öndər Heydər Əliyevin "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" sözləri qələbələrə səsləyən şüarımız olsun.

Bayramınız mübarək!