z

Metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzadılıb

Metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti avqustun 31-dək uzad...

04 AVQUST / 2020 / 21:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədilə 2020-ci il iyul ayının 3-də “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 236 nömrəli Qərarının 2.2 bəndi ilə cari il iyunun 19-da verdiyi 207 nömrəli Qərara dəyişiklik edərək, Bakı metropolitenində sərnişindaşıma fəaliyyətini 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək dayandırmışdı.
İyul ayının 17-də qurumun qəbul etdiyi "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 256 nömrəli Qərarının 2.3 bəndinə əsasən, iyulun 3-də qəbul edilmiş Qərarda müvafiq dəyişiklik edilmiş və Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti 5 avqust tarixinə qədər uzadılmışdı.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 4 avqust 2020-ci il tarixli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 278 saylı Qərarının 3.3 bəndi ilə metropolitendə sərnişindaşıma fəaliyyətinin dayandırılması müddətini cari il avqust ayının 31-dək uzadıb.

Qərara istinad: “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”