z

18 Oktyabr Milli Müstəqillik Günüdür

18 Oktyabr Milli Müstəqillik Günüdür

18 OKTYABR / 2020 / 09:20

Xalqımızın ən böyük nailiyyətlərindən sayılan dövlət müstəqilliyimizin əldə edilməsi, Azərbaycanın müstəqil, demokratik və dünyəvi bir dövlət kimi elanı 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş Konstitusiya Aktı ilə bütün dünyaya bəyan edilib.
Bu il bu əzəmətli tarixi Azərbaycan özünün ayrılmaz parçası olan Qarabağın düşmən tapdağından azad olması uğrunda rəşadətli ordumuzun qələbə yürüşü ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən düşmənin torpaqlarımıza hücumlarına əks-həmlə ilə cavab verərək məkrli planlarını pozan müzəffər ordu bu qədim və ulu torpaqlarımızın yağı düşmən tapdağından azad edir. Artıq Cəbrayıl və Füzuli şəhərləri, Hadrut qəsəbəsi, 58 kənd və strateji əhəmiyyətli Murov zirvəsi Ermənistan silahlı qüvvələrindən təmizlənib.
Hazırda müzəffər rəşadətli Ordumuzun erməni işğalçılarına qarşı apardığı döyüşlərin, 30 ilə yaxındır tapdaq altında olan torpaqlarımızın tam azad olunmasının, Böyük Qələbə xəbərini tezliklə eşidəcəyimiz günün yaxın olduğuna inanır və Ali Baş Komandanın bu zəfəri elan etməsini səbrsizliklə gözləyirik!
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
18 Oktyabr - Milli Müstəqillik Günü münasibətilə bütün xalqımızı təbrik edir.