z

Müzəffər Ordumuz, bayramın mübarək!

Müzəffər Ordumuz, bayramın mübarək!

25 IYUN / 2021 / 21:51

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindəndir. Milli Ordumuzun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir və bu proses əslində, ölkəmizin müstəqilliyinin tarixidir.
Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılıb. Dahi liderin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb.
Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ildir düşmən tapdağı altında olan torpaqlarımız şanlı Ordumuz tərəfindən azad edilib. Bu müharibə Azərbaycan Silahlı Qüvvələrinin döyüş taktikası, müasir silahlardan istifadə bacarığı, peşəkarlığı və qəhrəmanlığı ilə dünya müharibələri tarixində xüsusi yer alıb. 
Bəli, qalib ölkənin Silahlı Qüvvələri Zəfər ab-havası, böyük ruh yüksəkliyi, qazandığı möhtəşəm nailiyyətləri ilə 103-cü ildönümünü qeyd edir. 
Silahlı Qüvvələr Gününüzü təbrik edirik!
Yaşasın xalqımızın Zəfər tarixini yazan şanlı Azərbaycan ordusu!