z
22 IYUL / 2021 / 14:30
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması barədə qərar verib. Baş nazir Əli Əsədovun 2021-ci il iyulun 22-də imzaladığı 220 №-li “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Qərara uyğun olaraq, xüsusi karantin rejiminin müddəti 2021-ci il sentyabr ayının 1-i saat 06:00-dək uzadılıb.
Qərarın 2.2. yarımbəndinə görə, aşağıda qeyd edilən tarixlər müddətində ictimai nəqliyyatda, o cümlədən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq:
- 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək;
- 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək;
- 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək;
- 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək;
- 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək.