z
30 AVQUST / 2021 / 14:28
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” –nın təşəbbüsü ilə Belçika Krallığında yerləşən Antverp Beynəlxalq Limanı ilə birgə həyata keçirilən “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsinin iştirakçılarını “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”QSC-nin Baş direktoru Taleh Ziyadov qəbul edib. Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan görüşdə, təlimin keçirilməsi, Belçikanın müxtəlif dövlət və özəl şirkətlərində müşahidə etdikləri müasir texnologiyalar, idarəetmə sistemləri barədə iştirakaçıların fikirləri öyrənilib, gələcəkdə keçiriləcək layihələrlə bağlı təklifləri dinlənilib.
Tədbirdə Bakı Metropoliteni QSC-nin Sağlamlıq, Əməyin təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi (SƏTƏMM) şöbəsinin rəisi Nəriman Mantaşev də iştirak edib.
O səfərlə bağlı təəssüratlarından, orada aparılan fikir və təcrübə mübadiləsindən, Bakı Metropolitenində qeyd edilən sahələrdə əldə olunan nailiyyətlərdən bəhs edib. Təşkilatçılara “Bakı Metropoliteni” QSC rəhbərliyinin adından minnətdarlığını bildirərək, qarşılıqlı əməkdaşlığa dəvət edib.
Daha sonra qonaqlar üçün Bakı Limanının terminallarına tur təşkil edilib və burada limanın texniki imkanları, iş prosesi, yükün qəbul edilməsi və göndərilməsi, eyni zamanda Bakı Limanında mövcud olan anbarların növü və göstəriciləri ilə bağlı ətraflı məlumat verilib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.