z

Bəhram Bağırzadənin imza günü keçirilib (YENİLƏNİB)

Bəhram Bağırzadənin imza günü keçirilib (YENİLƏNİB)

08 NOYABR / 2021 / 16:00

Ölkəmiz üçün əlamətdar və xüsusi günlərdə Bakı metropolitenində təşkil edilən və ənənəvi sosial layihəyə çevrilmiş daha bir tədbir 8 Noyabr - Zəfər Günü və Bakı Metropoliteni İşçilərinin Peşə Bayramına həsr olunub.
Vətənpərvərliyi, ictimai fəallığı ilə seçilərək sevilən mədəniyyət xadimi Bəhram Bağırzadə bu dəfə də Bakı metropolitenində azyaşlı sərnişinlərin görüşünə gəlib.
“Bakı Metropoliteni” QSC “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması Bəhram Bağırzadənin müəllif kimi qələmə aldığı və yeni nəslin maariflənməsində, biliklərini artırmasında, ölkəmiz haqqında zəngin məlumatlar əldə etməsində xüsusi rol oynayan kitabının imza gününü keçirib. 
Bu dəfə Əməkdar artist “8 Noyabr” stansiyası, eləcə də metropolitenin Bənövşəyi xətti üzrə stansiya və qatarlarda uşaqlarla görüşərək söhbət edib, onlara dəyərli tövsiyələrini verib.
Daha sonra imza günü "İçərişəhər" stansiyasında davam edib. Aksiya zamanı "Bakı Metropoliteni" QSC-nin təqdimatında Bəhram Bağırzadənin Şuşaya və Silahlı Qüvvələrimizə həsr olunmuş kitablarını uşaqlara hədiyyə olunub.
Tədbir zamanı uşaqlara üzərində 8 Noyabr bayramının rəmzləri olan şarlar da təqdim olunub.
Xatırladaq ki, 2019-cu il iyunun 1-də "İçərişəhər" stansiyasında 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş maraqlı layihələrdən biri də “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə  Əməkdar artist, şoumen, naşir Bəhram Bağırzadənin “Bakı uşaqlar üçün” adlı kitabını şəxsən azyaşlı oxucularına imzalayaraq paylaması uşaqlar üçün unudulmaz xatirəyə çevrilmişdi.