z
30 DEKABR / 2021 / 16:04
Dekabrın 30-da “İçərişəhər” stansiyasının vestibülündə azyaşlı sərnişinlər, paytaxt sakinləri və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə bəxş edəcək bayram şousu keçirilib. Yeni ilin əsas qəhrəmanları olan Şaxta baba və Qar qızın gəlişi sərnişinlərin, xüsusən uşaqların ürəyincə olub. Şouda məşhur nağıl və cizgi qəhrəmanları, sehrbaz öz məharətlərini göstəriblər. Metropolitenin azyaşlı sərnişinlərinə maraqlı rəngarəng hədiyyələr, fiqurlu şarlar təqdim olunub. Uşaqlar şou qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər. Şou proqram “Dj. Kənan”ın ifasında yeni il mahnılarından ibarət konsertlə davam edib. Konsert proqramı dekabrın 31-i və yanvarın 1-də “İçərişəhər” və “28 May” stansiyalarında simli kvartetin ifası ilə davam edəcək.