z
31 DEKABR / 2021 / 15:44
“Bakı Metropoliteni” QSC sosial layihələri çərçivəsində ilin son layihəsini təqdim edir. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə videotəbrikdə əməyi ilə seçilən və metropolitenin əsas simaları hesab edilən hərəkətin təşkili üzrə mütəxəxssisləri yer alıblar.
Onlar iş başında və Yeni ilin rəmzi sayılan əsas qəhrəmanlar - Şaxta baba və Qarqız obrazında səmimi təbriklərini çatdırır, xalqımıza arzu və diləklərini yetirirlər.
Qoy həmrəyliyimiz xalqımızın gücü və qüvvəti, birliyinin rəmzi olsun, 2022-ci il hər kəsə sevinc, nailiyyətlər, yüksək rifahı və quruculuq vüsəti gətirsin.
Bayramlarınız mübarək!
Videoçarxla sizi də tanış edirik.
https://www.youtube.com/watch?v=-wQIWvbSXTo