z
19 MART / 2022 / 11:50
Bakı metropolitenində Novruz bayramı şənliklərinə “İçərişəhər”, “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında təşkil edilmiş bayram proqramı ilə start verilib.
Sərnişinlərə iki fərqli konsert proqramı təqdim edilir. Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət simli kvartetin və milli muğam üçlüyünün konsertləri canlı təqdim edilir. Konsert proqramı simli kvartetin ifası ilə saat 10:30-da “İçərişəhər” stansiyasında başlayıb. Hər stansiyada konsert proqramı 1 saat 30 dəqiqə davam edir.
Musiqiçilər Azərbaycan və dünya musiqi sənətinin incilərini, folklor nümunələrini ifa edirlər. Muğam üçlüyünün proqramının əsasını Novruz bayramı ilə bağlı parçalar təşkil edir.
Konsert proqramı mart ayının 20-də də davam etdiriləcək.