z

Bakı metropoliteni tibb işçiləri axtarir

Bakı metropoliteni tibb işçiləri axtarir

17 MART / 2022 / 14:30

“Bakı Metropoliteni” QSC Sağlamlıq mərkəzinə həkim və feldşer vəzifələri üzrə işə qəbul elan edir.

Əsas tələb:
- Ali və ya orta-ixtisas təhsili olmalı.

Vəzifə öhdəlikləri: 
- Metropoliten əməkdaşlarına ilkin tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli.

İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi saytında “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron ərizə formasını doldurmalıdırlar.
Elektron ərizə forması doldurularkən, iddia edilən peşə kimi “tibb işçisi” ifadəsi qeyd edilməli və müvafiq xanaya yazılmalıdır.
Elektron ərizələr 17 mart 2022-ci il tarixindən 5 aprel 2022-ci il tarixinə qədər qəbul edilir.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də “tibb işçisi” peşəsi göstərilməyən elektron ərizələr müvafiq ərizə bankına daxil olmayacaq.