z

Korporativ sosial məsuliyyət çərçivəsində daha bir layihə

Korporativ sosial məsuliyyət çərçivəsində daha bir layihə

15 FEVRAL / 2022 / 10:49

"Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində daha bir aksiyaya start verilib. Metropolitendə çalışan işçilərin övladları və nəvələri üçün cəmiyyətin Təlim-tədris mərkəzində robototexnika kursları təşkil edilib.
Layihənin həyata keçirilməsində məqsəd metropolitençi ailələrində böyüyən uşaqların təlim-tərbiyəsinə əyani nümunələrin təsirini artıraraq, müasir sosial-texniki sistemlərə uğurla inteqrasiya etməsinə imkan verən bilik, qabiliyyət və bacarıqların formalaşdırılmasına yönələn dərslərdə iştirak etmələridir.
Robototexnika kursu metropolitençi övladlarında zehni qabiliyyəti artıraraq mühəndislik təfəkkürünü formalaşdırmaq, texniki yaradıcılığa marağını inkişaf etdirmək, mühəndislik peşələrinə və peşə ixtisaslarına üstünlük verməyə yönəltmək vasitəsi hesab olunur.
8 həftəlik proqram əsasında təşkil edilmiş kurslar üzrə qrupların formalaşdırılmasına uşaqların yaşı, təcrübəsi, robototexnikanın təməlində dayanan bir sıra xarakterik anlayışlar üzrə yoxlanılaraq təşkil edilib. Bu isə təlimlərin uşaqlar üçün faydalı və maraqlı olmasını təmin edir. Kurs metropolitençilərin diqqət və marağına səbəb olaraq, çoxsaylı qruplar şəklində aparılır. Hər qrup valideynlərin maraqları və uşaqların asudə vaxtları nəzərə alınmaqla, həftəsonları və pandemiya dövrünün tələblərinə uyğun olaraq kiçik qruplarda təşkil edilib. 
Kursu uğurla başa vuran iştirakçılar  sertifikatlarla təltif edilib. 
Qeyd edək ki, bu, pandemiya dövründə Bakı metropolitenində korporativ sosial məsuliyyət çərçivəsində təşkil edilmiş ilk kursdur. 2020-ci ilə qədər Bakı metropoliteninin təlim-tədris mərkəzində uşaqlar üçün təsviri sənət, ingilis dili, informatika və kompüter bilikləri üzrə kurslar təşkil edilərək metropolitençi ailələrin xüsusi marağına səbəb olub.